“Tesla” sükan çarxına toxunma dövrünü başa vurur

“Tesla”da avtonom idarəetməni aktivləşdirdiyiniz zaman, yəni avtomobil öz-özünə sürməyə başlayanda, yatmadığınızı və yolu izlədiyinizi avtomobilə bildirmək üçün vaxtaşırı sükan çarxına toxunmalısınız.

İndex.az xəbər verir ki, bir müddət sükan çarxına toxunmasanız, avtomobillər avtomatik olaraq dayanır.

Digər avtomobil istehsalçıları avtonom idarəetmədə ön sıralarda olsalar da, “Tesla” indi bir şəhərdən digərinə tamamilə avtonom şəkildə sürə bilir. Təbii ki, bu zaman sükan çarxına daim toxunmaq bezdiricidir.

“Tesla” yaxın günlərdə təqdim edəcəyi FSD v12.4 yeniləməsi ilə sükan çarxına toxunma ehtiyacını aradan qaldıracaq. İlon Mask bu yeniləmə ilə gözləntiləri artırdı və X-də verdiyi cavabla sükan çarxına toxunma öhdəliyinin aradan qaldırılacağını təsdiqlədi.