“Tesla” ixtisara gedir – İşçilərin 14%-i işdən çıxarılır

ABŞ-ın “Tesla” avtomobil istehsalı şirkəti Buffalo şəhərindəki zavodunda 285 işçini ixtisar edəcək.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi məlumatında deyilir.

Belə ki, şirkətin işçi heyəti 14% ixtisar olunacaq. Onların ixtisarı iyulun 15-də başlayacaq.

Məlumatda qeyd olunur ki, ixtisarların səbəbi iqtisadidir.

Xatırladaq ki, aprelin 15-də “Tesla” dünya üzrə işçi qüvvəsinin 10%-dən çoxunu ixtisar edəcəyini açıqlayıb.

Bundan başqa, “Wedbush” analitik şirkətinin analiti Dan Ivesin sözlərinə görə, bəzi layihələrdə əsas fiqur sayılan şirkətin 18 illik veteranı olan baş vitse-prezident Endryu Balino da şirkətdən ayrılır.