“Şuşada yolların bərpası istiqamətində intensiv işlər aparılır”

Şuşa şəhərində yolların bərpası istiqamətində işlər intensiv şəkildə davam etdirilir.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.

“Şuşa şəhərində bu ilin yanvar, fevral aylarından yol şəbəkəsinin tam yenidən qurulmasına başlamışıq və bu, iki mərhələdə aparılacaq. 2024-2025-ci illəri əhatə edən birinci mərhələyə təxminən 22 kilometr yol, 2026-cı ilin sonuna qədər olan ikinci mərhələyə şəhər yol şəbəkəsinin qalan 35 kilometri daxildir”, – o qeyd edib.