Şahmar Mövsümov: “Tədris prosesi ilə bağlı iş gedir”

Şahmar Mövsümov: “Tədris prosesi ilə bağlı iş gedir”

img



“Tədris məsələsi hədindən artıq vacibdir. Bütün dünyanın təcrübəsi öyrənilir”.

 

İndex.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, vəziyyət çox dinamikdir: “Tədris prosesi ilə bağlı iş gedir. Növbəti brifinq tədris məsələlərinə dair olacaq”.

 

O həmçinin bildirib ki,  nəqliyyatda sıxlıq var: “Metro artıq bir aydan çoxdur bağlıdır. Metronun bağlanması avtobuslarda sıxlığa səbəb olur.  Avtobusların sıxlıq olan yerlərə yönəldilməsi həyata keçirilir: “Biz görürük ki, günün ikinci hissəsində sıxlıq olur. Xahişim budur, insanlar planlarını elə qursunlar ki, sıxlığa düşməsinlər. Bununla da virusun yayılmasının qarşısını almağa töhfə verilmiş olar”.