Qızıl yenidən bahalaşıb

Ötən gün 1% ucuzlaşan qızıl yenidən bahalaşıb.

İndex.az xəbər verir ki, qızılın qiyməti 0,4% artaraq bir unsiya üçün 2 370,26 dollar olub.

Qızıl ilə yanaşı gümüş və palladium bahalaşıb, platin isə ucuzlaşıb.

Qeyd edək ki, FED sədri Cerom Pouel, açıqlanan yüksək inflyasiya məlumatlarından sonra uçot dərəcələrinin azaldılmaması ilə bağlı bir sıra açıqlamalar verib.

Bu isə qızılın qiymətinə birbaşa təsir göstərib.