“Prius” satışları 31% artdı, “Toyota” rekord mənfəət əldə etdi

“Toyota” rekord səviyyədə illik gəlir ələ edib.

İndex.az xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı “Toyota”, artan hibrid tələbin təsiri ilə rekord qıraraq illik 4,94 trilyon yen (31,9 milyard dollar) xalis mənfəət əldə etdiyini açıqlayıb.

Müvafiq olaraq, “Toyota”nın gəlirləri mart ayına qədər maliyyə ilinə nəzərən 21,4% artaraq 45,1 trilyon yenə çatıb.

Bu isə şirkətin əldə etdiyi ən yüksək artım göstəricisidir.

Şirkətin qlobal satışları Şimali Amerika və Avropada hibrid avtomobillərə güclü tələbat sayəsində 10,3 milyon ədədlə bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

“Toyota”nın hibrid avtomobil satışları kəksin şəkildə yüksəlib.

Xüsusilə “Prius” modelinin satışları ardıcıl olaraq hər il 31% artaraq 3,7 milyon ədədə çatıb.