“Google” 450 ailəyə dəstək olacaq: İldə 12.000 dollar ödəniləcək

“Google”, evsizliklə mübarizə aparan 450 Kaliforniya ailəsinə nağd pulun onların uzunmüddətli mənzillə təmin olunmasına kömək edib-etmədiyini yoxlamaq üçün 2,8 milyon dollar verəcək proqramı maliyyələşdirib.

İndex.az xəbər verir ki, axtarış sistemləri arasında sosial dəstəyə böyük əhəmiyyət verən “Google”, 225 ailəyə 5 il müddətində fasiləsiz olaraq ayda 1000 dollar zəmanətli maliyyə dəstəyi verəcək.

Dəstək verən digər 225 ailə ayda 50 dollar alacaq və nəzarətçi kimi fəaliyyət göstərəcək.