Finlandiya prezidenti: “Biz NATO-ya qoşulandan sonra cəbhəyanı dövlətə çevrildik”

Finlandiya prezidenti Alexander Stubb bildirib ki, bir il əvvəl NATO alyansına qoşulması onun ölkəsini cəbhəyanı dövlətə çevirib.

İndex.az xəbər verir ki, Stubb bildirib ki, onların NATO alyansına üzv olması onun ölkəsini cəbhəyanı dövlətə çevirib, çünki hərbi blok Rusiya ilə sərhəddə əsgər sayını ikiqat artırıb.

Stubb Finlandiya və İsveçin sülhün dəstəklənməsində əsas rol oynadığına diqqət çəkib: “Bu, paradoksal səslənir, amma məhz buna görə güclü ordu istəyirik və buna görə də NATO-ya daxil olduq”.

Finlandiya və İsveçin müdafiə sistemlərini NATO-ya inteqrasiya etməli olduğunu vurğulayan Stubb, İsveç və Finlandiyaya nüvə silahının gətiriləcəyinə inanmadığını da bildirib.

Stubb həmçinin qeyd edib ki, İsveç və Finlandiyanın NATO üzvlüyündən sonra xarici siyasətdə daha çox manevr imkanı var.