Əfsanəvi “Nokia” modeli 25 ildən sonra qayıdır

“HMD Global Nokia”nın ikonik düyməli telefonlarını yeniləməyə davam edir.

İndex.az xəbər verir ki, şirkətdən verilən son açıqlamaya görə, “Nokia 3210” yenidən canlanacaq.

İlk dəfə 1999-cu ildə satışa çıxarılan əfsanəvi model rəngli dizaynı ilə böyük marağa səbəb oldu. Cihazın gələn ay yenidən təqdim ediləcəyi gözlənilir.

Həmçinin 3210-da mövcud olmayan, lakin bugünkü standartlara cavab vermək üçün zəruri olan arxa kamera diqqəti cəlb edir. Qeyd edək ki, “Nokia” loqotipi arxa tərəfdə olacaq.

Sızdırılan görüntüdə cihazın 4G bağlantısı və “Bluetooth” dəstəyi olacağı bildirilir. Köhnə modellə müqayisədə batareyanın ömründə artım olacağı da bildirilir.