Dövlət qurumlarına kibertəhdidlər 28% azalıb

Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 315 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Index.az XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 28 % azdır.

Kibertəhdidlərin 168-i daxili araşdırma, 147-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 322,245 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 584 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 99 min 608 zərərverici tərkibli elektron sənəd blok edilib.