BVF: “Britaniya iqtisadiyyatı zəifləyəcək”

Beynəlxalq Valyuta Fondu (BVF) Britaniya iqtisadiyyatının keçən ilki texniki tənəzzüldən sonra yumşaq eniş mərhələsinə yaxınlaşdığını və pul siyasətində növbəti addımın “yumşalma” olduğunu bildirib.

İndex.az xəbər verir ki, açıqlamada bildirilib ki, 2023-cü ildə İngiltərə iqtisadiyyatında yaşanan yumşaq texniki tənəzzüldən sonra bu ilin ilk rübündə iqtisadi artım cəmi 0,6% olub.

BVF-nin İngiltərədəki iqtisadi artım gözləntisini bu il 0,5%-dən 0,7%-ə yüksəltdiyi, 2025-ci ildə isə böyümənin 1,5%-ə yüksələcəyi ifadə edilib.