Bank sektorunun xalis mənfəəti 16%-dən çox artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 311,5 milyon manat xalis mənfəət əldə edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,3% çoxdur.