Avropada elektrikli avtomobil satışı çökdü!

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) dərc etdiyi əhatəli hesabatında elektrikli avtomobil satışlarının mart ayında 134 min ədəd səviyyəsində olduğu bildirildi.

İndex.az xəbər verir ki, bu rəqəm 11,3% azalmanı göstərir. Beləliklə, elektrik modellərinin ümumi bazar payı 13%-ə qədər azalıb.

Digər tərəfdən, hibrid sinfi eyni dövrdə 12,6% əhəmiyyətli bir artım göstərdi. Bu sinfin bazarda ümumi payı 29%-ə çatıb.

Bu rəqəmlər artıq hibrid mühərriklərin gələcəyi ilə bağlı müsbət rəylərə səbəb olub. Qiymətləri düşməyə meylli olan tam elektrikli avtomobil markaları, şarj tutumunda və maksimum məsafədə müxtəlif təkmilləşdirmələr edərək bu mənfi vəziyyəti aradan qaldırmağı hədəfləyir. Ümid edirik ki, bütün bu inkişaflar günün sonunda istifadəçilərə fayda verəcəkdir.