“Apple” müharibə minerallarından istifadə etməkdə ittiham olunur

Konqo Demokratik Respublikası (DRC) “Apple”i öz məhsullarında ölkənin şərq bölgələrində qeyri-qanuni müharibə ilə bağlı mədənlərdən çıxarılan minerallardan istifadə etməkdə ittiham edib.

İndex.az xəbər verir ki, “Amsterdam & Partners” tərəfindən təmsil olunan beynəlxalq hüquqşünaslar qrupu 22 aprel 2024-cü ildə “Apple”in baş direktoru Tim Kuka məktub göndərərək, “Apple”in tədarük zəncirinin ölkənin müharibə mineralları ilə çirkləndiyini bildirib.

Vəkillər “Apple”ə suallarını cavablandırmaq üçün üç həftə vaxt verdilər və eyni zamanda “Apple”in Fransadakı törəmə şirkətlərinə də oxşar məktublar göndərdilər. Bu məktublarda şirkətin məhsullarında istifadə olunan mineralların qeyri-qanuni hasilatla regionda münaqişənin alovlanması ilə bağlı narahatlıqlar səslənir.

“Müharibə mineralları” adlandırılan qalay, volfram və tantal kimi elementlər Konqonun şərq bölgələrində, çox vaxt zorakılıq, uşaq əməyi və ətraf mühitin məhv edilməsi yolu ilə hasil edilir. Qeyri-qanuni mineral ticarətindən əldə edilən gəlirlər silahlı qruplaşmaların və terror təşkilatlarının maliyyələşdirilməsinə sərf olunur. Bu, yerli insanları yoxsulluq və zorakılıq dövrəsində saxlasa da, beynəlxalq şirkətlərin öz məhsullarında bu minerallardan istifadəsi ciddi insan hüquqlarının pozulması və ətraf mühitə ziyan vurması ilə nəticələnir.