Aİ-nin enerji idxalında Rusiya qazını payı azalıb

Avropa İttifaqının enerji idxalında Rusiya qazını payı kəskin azalıb.

İndex.ax xəbər verir ki, son 3 ildə Aİ ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41%-dən 10%-ə düşərkən, mayeləşdirilmiş təbii qazın (LNG) payı 20%-dən 41%-ə yüksəlib.

Avropa 2021-ci ilə nisbətən təbii qazda olan 57 milyard kubmetr artımla ən çox artım olan region olub və ümumi LNG ticarətinin 1/4-dən çoxunu təşkil edib.

Rusiya-Ukrayna müharibəsindən sonra Avropada yaranan enerji böhranını LNG və anbara çevirərək həll etmək istəyən ölkələr arasında Almaniya istifadəyə verdiyi obyektlərlə LNG idxalında ən yüksək artıma nail oldu.