ABŞ 125 milyard dollar borc alacaq

ABŞ Xəzinədarlığı bu həftə keçirəcəyi hərraclarla uzunmüddətli istiqrazlara tələbi yoxlayacaq.

İndex.az xəbər verir ki, sözügedən yoxlamadan sonra ABŞ Xəzinədarlığının bu həftə 125 milyard dollar borc alacağı təxmin edilir.

İnvestorlar FED sədri Cerom Pouelin faiz artımını istisna etməsinə fokuslanarkən, FED qərarı 2 illik istiqrazların yüksəlişinə səbəb olub.

İnvestorların marağı daha çox qısamüddətli istiqrazlara yönəldiyi halda, ABŞ Xəzinədarlığı bu həftə 42 milyard dollarlıq 10 illik istiqrazlar və 25 milyard dollarlıq 30 illik istiqrazlar hərracı ilə daha uzunmüddətli istiqrazlara tələbi yoxlayacaq.

Hökumət həmçinin rüblük geri alma hərracları çərçivəsində üç illik istiqrazlarda 58 milyard dollar satacaq.

Beləliklə, ABŞ Xəzinədarlığı bu həftə ümumilikdə 125 milyard dollar borc götürəcək.