Yeni nəsil telefonlar 2027-ci ildə gələcək

Generativ süni intellektin 2027-ci ilə qədər smartfon bazarının demək olar ki, yarısında iştirak edəcəyi gözlənilir.

İndex.az xəbər verir ki, bu, texnologiya dünyasında mühüm dönüş nöqtəsinə işarə edir. Süni intellektə malik smartfonlar həyatımıza daxil olmağa hazırlaşır.

Rəqəmsallaşmanın və dolayısı ilə avtomatlaşdırmanın bütün təşkilatlara və biznes sahələrinə birbaşa təsir etdiyi müasir dünyada “GenAI”, yəni məhsuldar süni intellekt texnologiyası işləri asanlaşdırmaq üçün hazırlanmış qabaqcıl texnologiya sistemini təklif edir.

“Counterpoint Research”ün məlumatına görə, 2027-ci ilə qədər smartfonların təxminən yarısı generativ süni intellekt (GenAI) funksiyalarına sahib olacaq. Araşdırma bu cür cihazların bazar payının 2024-cü ildə 11%-ə çatacağını, 2024-2027-ci illər arasında mürəkkəb illik artım tempinin isə 49% olacağını proqnozlaşdırır.