“Access Bank” ASC 2025-ci ildə 49,1 milyon manat xalis mənfəət əldə edib.

İndex.az xəbər verir ki, bu barədə bankın 2025-ci ilin yekunları ilə bağlı açıqladığı maliyyə göstəricilərində qeyd edilib.

Bildirilib ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 9,3 % azdır.

Bu ilin əvvəlinə “Access Bank”ın aktivləri 1 milyard 770,4 milyon manat olub ki, bu da ötən ilin əvvəlinə nisbətən 19,2% çoxdur.

O cümlədən 2025-ci ildə bankın xalis kredit portfeli 15,7% artaraq 1 milyard 275,6 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 1 milyard 537,7 milyon manat (+17,9%), o cümlədən depozit portfeli 1 milyard 132,4 milyon manat (+10,3), balans kapitalı isə 232,7 milyon manat (+28,5%), o cümlədən nizamnamə kapitalı dəyişməyərək 121,7 milyon manat olub.