Moldova milli təhlükəsizliyin gücləndirilməsi üçün ABŞ-dən 36,5 milyon dollar alacaq.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresi tərəfindən qəbul edilmiş və Prezident Donald Tramp tərəfindən imzalanmış ABŞ Dövlət Departamentinin milli təhlükəsizlik və ayırmalar haqqında Qanununda qeyd olunur.
"Bu qərar Moldova ilə ABŞ arasında təhlükəsizlik sahəsində yüksək etimad səviyyəsini və tərəfdaşlığın yetkinliyini, həmçinin çoxsaylı çağırışlarla səciyyələnən regional kontekstdə ABŞ-nin Moldovanın dəstəklənməsinə sarsılmaz sadiqliyini əks etdirir", - deyə məlumatda qeyd olunur.
Vəsaitlər əsas sahələrə, o cümlədən enerji və kibertəhlükəsizliyin təmin edilməsinə, dayanıqlılığın gücləndirilməsinə və milli təhlükəsizliklə bağlı digər prioritetlərə yönəldiləcək.
