2025-ci ildə Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 423 milyon ABŞ dolları üstələyib.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir.

"Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2,6 faiz bəndi azalaraq 28 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə AMB-nin valyuta ehtiyatları 5,1 % artaraq 11,5 milyard ABŞ dollarına çatıb", - deyə qurum bəyan edib.