Xabi Alonso qərarını verdi

Bundesliqa çempionluğu uğrunda mübarizə aparan “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonsonun gələcəyi bəlli olub.

İndex.az xəbər verir ki, növbəti mövsümdə “Bavariya” və “Liverpul”un istədiyi 42 yaşlı məşqçi komandada qalmaq qərarına gəlib.

Mövsümün məğlubiyyətsiz komandası “Bayer Leverkuzen” ən yaxın izləyicisi “Bayern Munich”i 10 xal qabaqlayaraq liqada liderdir.

Almaniya yığması çətin anlar yaşadığı UEFA Avropa Liqasının son 16 turunda “Qarabağ”ı mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəlib.