Ukrayna şərqdəki bəzi mövqelərindən geri çəkildiyini və vəziyyətin pisləşdiyini deyir

Ukraynanın Baş Qərargah rəisi Oleksandr Syrskyi bildirib ki, Rusiyanın son hücumlarından sonra cəbhədəki vəziyyət daha da pisləşib.

İndex.az xəbər verir ki, general Syrskyi Ukrayna qüvvələrinin Donetsk vilayətinin şərqindəki bəzi mövqelərdən geri çəkildiyini bildirib.

Ukraynanın çox gözlədiyi 61 milyard dollarlıq ABŞ hərbi yardım paketi gəlmədən Rusiyanın bölgədə üstünlük əldə etməyə çalışdığı düşünülür.

Bildirilir ki, Ukrayna qoşunları aylardır sursat, qoşun və hava hücumundan müdafiə çatışmazlığı ilə mübarizə aparır.