Soyuqdan donan Yeni Günəşli sakinləri aksiyaya hazırlaşır

Soyuqdan donan Yeni Günəşli sakinləri aksiyaya hazırlaşır

img



Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov 34 ünavınada yaşayan sakinlər aksiyaya hazırlaşır.

 

Bu barədə yerli sakinlər məlumat verib.

 

Onlar aksiyanın səbəbini 3 gündür binada istiliyin olmaması ilə izah edirlər.

 

“Üç gündür istilik yoxdur. Heç bir səbəb göstərmirlər. Uşaq var, qoca var, xəstə var... Amma bunları nəzərə alan yoxdur. Camaat soyuqdan donur”, - deyə sakinlər bildirib.

 

Məlumat üçün deyək ki, bu yaxınlarda Suraxanı rayon İcra Haimiyyətinin başçısı Əziz Əzizov təyin edilib.


Bu təyinat baş tutan gün o prezident İlham Əliyevlə görüşüb. Ölkə başçısı Əziz Əzizova və onunla birgə görüşdə iştirak edən digər yeni icra başçılarına vəzifələrini layiqincə yerinə yetirməli olduqlarını xatırladıb, əks təqdirdə onların cəzalandırılacaqlarını bildirib.

 

© Yenisabah.az