“Samsung” sərmayələrini süni intellektə yönəltməyə qərar verib

Uzun müddətdir gündəmdə olan “Samsung”un süni intellekti olan “Galaxy AI”, markanın demək olar ki, hər telefon modelinə gəlməyə davam edir.

İndex.az xəbər verir ki, “Galaxy AI” ilk dəfə bu ilin əvvəlində “Galaxy S24” seriyası ilə təqdim edildi.

Şirkət 2024-cü ilin ilk rüb hesabatlarını açıqladı və gələcəkdə öz süni intellektinə daha çox sərmayə qoyacaqlarını bildirdi. Bəs, “Samsung”un bu qərarı qəbul etməsinə nə səbəb oldu?

“Samsung”, 2024-cü ilin yanvar-mart ayları arasında çox yüksək qazanc əldə etdiyini açıqladı. İlk rübdə 2,54 milyard dollar mənfəət əldə edən şirkət, “Galaxy AI”nin bu satış və mənfəət nisbətində çox əhəmiyyətli rol oynadığını bildirib.

Onların bu qədər yüksək qazancın süni intellektlə bağlı olduğunu düşünmələri “Samsung”u “Galaxy AI”yə daha böyük investisiyalar etməyə sövq edir. Növbəti rübdə daha çox flaqmana süni intellektin gətiriləcəyi ilə bağlı xoş xəbər də verildi.