Medvedev: “Qərb Zelenskini aradan götürmək qərarına gəlib”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsddə istifadə oluna biləcək məlumatları sızdırmağa cəhd edən şəxsin həbsi ilə bağlı qiymətləndirmə edib.

İndex.az xəbər verir ki, Medvedev, Polşada Zelenskiyə sui-qəsdin ola biləcəyini iddia etdi.

“Bu, ola bilsin ki, Qərbin onu aradan qaldırmaq qərarına gəldiyinin ilk sübutu ola bilər”, – Medvedev bildirib.

Dünən Polşa Milli Prokurorluğu Ukrayna sərhədindən təxminən 90 kilometr aralıda Rzeszow-Jasionka hava limanı ilə bağlı təfərrüatlı məlumat sızdırmağa cəhd edən şəxsin tutulduğunu və sözügedən şəxsin Rusiya ilə əlaqə saxlamağa çalışdığını açıqlamışdı.

Bəyanatda bu məlumatların Zelenskiyə qarşı sui-qəsddə istifadə oluna biləcəyi qeyd edilib. Ukraynaya hərbi və humanitar yardım ABŞ hərbçilərinin nəzarətində olan Rzeşov-Yasionka hava limanından həyata keçirilir.