“Rabitabank”a işçilər tələb olunur

Rabitabank OJSC

Kart məhsulları və xidmətlərin inkişafı şöbəsində Aparıcı/Baş mütəxəssis

Son tarix 22 may 2024 – Müraciət et

“Rabitəbank” ASC Kart əməliyyatları departamentinin Kart məhsulları və xidmətlərin inkişafı şöbəsində Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri: 

  • Kart məhsulları üzrə aylıq/rüblük hesabatların hazırlanması;
  • Müxtəlif müştəri seqmentləri üçün nəzərdə tutulan kart biznesinə yönəlmiş kompleks məhsulların hazırlanması və təqdim edilməsində iştirak etmək;
  • Kart məhsulları və nağdsız hesablaşmalar üzrə daxili və xarici bazarı daimi təhlil etmək;
  • Kart biznesinə aid layihələr üzrə təhlil, sorğu və test işləri aparmaq, biznes proseslərinin avtomatlaşdırılması üçün layihələri işləyib həyata keçirmək;
  • Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
  • Kart məhsulları və xidmətlərinin reklamı və marketinqi üçün təkliflər hazırlamaq;
  • Beynəlxalq və yerli Ödəniş Sistemlərinin nümayandələri ilə daimi və keyfiyyətli əlaqələri qurmaq;

Tələblər:

  • Analitik bacarıqlar;
  • Plastik kartlar sahəsində ən azı 1 il iş təcrübəsi;
  • İngilis dili/Rus dili biliklərin olması arzuolunandır;
  • Problemləri həll etmə bacarığı;
  • Məsuliyyətli, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;

Mərkəzi anderraytinq şöbəsində Online kreditləri üzrə Aparıcı/Baş mütəxəssis

 Son tarix 22 may 2024 Müraciət et

Vəzifə öhdəlikləri: 

  • Online satış kanalları vasitəsilə daxil olan sifarişlər üzrə sifarişçilərlə əlaqə saxlamaq, sifariş barədə məlumatlar əldə etmək;
  • Bankın istehlak kredit məhsulu barədə sifarişçiyə ətraflı məlumat vermək;
  • Kredit müraciətlərini qiymətləndirmək və borcalanın ödəniş qabililiyyətinin müəyyən etmək;
  • Müştərinin maliyyə analizini həyata keçirmək;
  • ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən Fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
  • Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
  • Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
  • Bankın tələblərinə uyğun olan müştəriləri banka cəlb edilməsini təmin etmək;

Tələblər:

  • Ali təhsil;
  • Kredit sahəsində ən azı 2-3 il iş təcrübəsi;
  • MS Office proqramlarından istifadə qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili biliyi;
  • Operativ və düzgün qərarvermə qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda tərkibində işləmə bacarığı.