Rəssamlar “Google”u məhkəməyə veriblər

Rəssamlar əsərlərindən icazəsiz istifadə etdiklərinə görə “Google”u məhkəməyə veriblər.

İndex.az xəbər verir ki, rəssamlar, “Google”un süni intellektlə işləyən görüntü generatoru “Imagen”i öyrətmək üçün onların əsərlərini icazəsiz istifadə etdiyini bildirərək məhkəməyə veriblər.

Fotoqraf Jinqna Zhanq eləcə də, karikaturaçı rəssamlar Sarah Andersen, Hope Larson və Cessika Fink bildiriblər ki, “Google” “Imagen”ə insanların mətn əmrlərinə necə cavab verməyi öyrətmək üçün onların işləri də daxil olmaqla, milyardlarla müəllif hüquqları ilə qorunan şəkillərdən istifadə edib