Problemli kreditlərin məbləği 23% azalıb

Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 469,2 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 3,3% çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,2% artıb, 1 ildə isə 22,6% azalıb.

Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9% təşkil edib. Bu nisbət yanvarın sonuna da 1,9 %, ötən il dekabrın sonuna 1,8%, ötən il fevralın sonuna isə 3% olub.