Polşa Ukrayna ilə sərhəd-keçid rejimini bərpa edib

Polşa tərəfi Ukrayna ilə sərhəddəki bütün keçid məntəqələrinin fəaliyyətini bərpa edib.

İndex.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Xidməti məlumat verib.

Bildirilib ki, dənli bitkilər istisna olmaqla, Ukraynadan bu ölkəyə istənilən yük maşınları maneəsiz buraxılacaq. Bu qəbildən olan yüklər isə Polşadan yalnız tranzit vasitəsilə daşına biləcək.