“Netflix”dən gələn e-poçtlara qarşı diqqətli olun!

Həm texnologiyanın, həm də süni intellektin inanılmaz səviyyələrə çatması internet dünyasında həyatımızı asanlaşdırsa da, bəzi risklərlə qarşılaşmağımızı da asanlaşdıra bilər.

İndex.az xəbər verir ki, ortaya çıxan görüntülərə görə, indi də fırıldaqçılar “Netflix” adından insanlara elektron məktublar göndərirlər.

E-poçtda istifadəçilərə “Hörmətli müştəri, Netflix hesabınızın müddəti bitdi!” – deyə mesaj göndərilir. E-poçtun qalan hissəsində deyilir: “Lakin, loyallıq proqramımızın bir hissəsi olaraq, indi onu 90 gün pulsuz olaraq uzada bilərsiniz. Bu məlumatın altında “Pulsuz uzat” düyməsi var”.

Bu düyməni basanlar təəssüf ki, bütün şəxsi məlumatlarını bu fırıldaqçılara vermiş olur. Xüsusilə kredit kartı məlumatlarının toplanması çox yüksək məbləğlərdə maliyyə fırıldaqlarına yol açır.

“Netflix”, digər tərəfdən, ümumiyyətlə, e-poçt və ya mesaj vasitəsilə kredit/debet kartı nömrələrini, bank hesabı məlumatlarını və hətta “Netflix” parollarını heç vaxt və heç vaxt tələb etməyəcəklərini bildirir. Mümkün halda, bu e-poçtların skrinşotlarının “[email protected]” ünvanına göndərilməsi xahiş olunur.