KFC, “Pizza Hut” və “Taco Bell” restoranlarının sahibi olan ABŞ-ın restoran idarəetmə şirkəti “Yum! Brands” 2024-cü ilin birinci rübü üçün balans hesabatını açıqladı.
İndex.az xəbər verir ki, şirkətin verdiyi açıqlamaya görə, “Yum! Brands”in gəlirləri birinci rübdə 3 faiz azalaraq 1,6 milyard dollar təşkil edib.
Şirkət 2023-cü ilin birinci rübündə 1,65 milyard dollar gəlir əldə edib.
Qeyd edək ki, “Yum! Brands”in gəliri dövr ərzində bazar gözləntilərindən 1,7 milyard dollar aşağı olub.