“iPhone 16” sızdırıldı: Yeni detallar ortaya çıxdı

Sentyabr ayında təqdim olunacaq “iPhone 16” seriyası ilə bağlı yeni detallar ortaya çıxmağa davam edir.

İndex.az xəbər verir ki, iOS 18 sayəsində yeni “iPhone”lara gələcək müxtəlif süni intellekt xüsusiyyətləri müzakirə edilərkən, cihazların ilk maketləri sızdırılıb.

“iPhone Dummy” şəklinə baxdığımızda diqqəti çəkən ilk şey kamera düzümüdür. Pro modellərində heç bir dəyişiklik olmasa da, diaqonal kamera quruluşu “iPhone 16” və “iPhone 16 Plus”da şaquli kamera quruluşu ilə əvəz olunur.

Bildirilir ki, standart “iPhone”lar “Apple Vision Pro”da oynadıla bilən 3D məkan videolarını çəkmək üçün şaquli kameraya keçiblər.

Digər bir dəyişiklik Pro-ların ekran ölçülərindədir. Artıq satışda olan “iPhone 15 Pro Max”ın 6,7 düymlük ekranı ilə müqayisədə “iPhone 16 Pro Max” 6,9 düymlük ekrana malikdir. Bu, onu indiyədək ən böyük “Pro Max” modeli edir.

“iPhone 16 Pro”, “iPhone 15 Pro”dakı 6,1 düymlük ekranla müqayisədə 6,3 düymlük ekrana sahib olacaq. Standart modellər, yəni “iPhone 16” və “iPhone 16 Plus”, müvafiq olaraq 6,1 düym və 6,7 düym ekran ölçüləri ilə gələcək.