İlon Mask 2 ildə 162 milyard dollar itirdi!

İlon Mask son illərin ən çox danışılan adıdır. 52 yaşlı məşhur milyarder bir müddət dünyanın ən zəngin adamı olaraq qalmağı bacarıb. O, hətta 2021-ci ildə 300 milyard dollar həddini aşan ilk şəxs olmağı bacarıb.

İndex.az xəbər verir ki, Maskın sərvəti “SpaceX”, “Tesla” və “Neuralink” kimi bir çox fərqli şirkətdən gəlirdi.

Bununla belə, milyarder sahibkarın sərvəti son aylarda xeyli azalıb. Bu enişin ən böyük mənbəyi “Tesla” səhmlərinin azalması oldu.

“Bloomberg Milyarderlər İndeksi”nə görə, İlon Maskın sərvəti bu günə 178 milyard dollardır. 2021-ci ilin noyabrında pik həddinə çatanda bu rəqəm 340 milyard dollara çatıb. Başqa sözlə, təxminən iki il yarımda 47,64% azalaraq 162 milyard dollar itirdi.

Bu enişin əsas səbəbi son vaxtlar “Tesla” səhmlərinin davamlı azalmasıdır. Hazırda 157 dollara satılan şirkətin səhmləri 2021-ci ildə 415 dollar idi. Bu, 62% azalmaya uyğundur. Elektrikli avtomobil nəhənginin bazar dəyəri 1,2 trilyon dollardan 492 milyard dollara düşüb. Maskın “Tesla” səhmlərinin 13%-nə sahib olması da onun sərvətinin aşağı düşməsinə səbəb olur.

Əslində Mask bu il pis başlamamışdı. Yanvar ayında 229 milyard dollarlıq sərvətlə ən yüksək həddə çatmışdı. Lakin o vaxtdan bəri 51 milyard dollar itirərək üçüncü yerdə qərarlaşıb. Hazırda Bernard Arnault və Jeff Bezos müvafiq olaraq 218 və 205 milyard dollarla bir-birini qabaqlayırlar. 178 milyard dollar sərvəti olan Mark Zukerberq hər an onu keçə bilər.