Ən güclü “Android” telefonları açıqlanıb – SİYAHI

“AnTuTu” smartfonların performansını ölçmək üçün istifadə edilən proqram kimi tanınır. Bu, cihazın prosessor gücü, qrafik performansı, yaddaş istifadəsi, yaddaş sürəti kimi müxtəlif sahələrdə testlər həyata keçirir. Bütün bu testlərdən əldə edilən məlumatlar ilə ən güclü Android cihazları müəyyən edilir.

İndex.az xəbər verir ki, “AnTuTu”nun paylaşdığı siyahıya baxdığımızda “Asus ROG Phone 8 Pro” modelinin zirvədə olduğunu görürük.

Bütün testlərdə 2 milyon 120 min 210 bal toplayan telefonu 2 milyon 90 min 252 balla “iQOO 12” izləyir.

Üçüncü yerdə 2 milyon 80 min 678 balla “Red Magic 9 Pro+” qərarlaşıb.

Sıra Model Bal
1 Asus ROG Phone 8 Pro 2 milyon 120 bin 210
2 iQOO 12 2 milyon 90 bin 252
3 Red Magic 9 Pro+ 2 milyon 80 bin 678
4 vivo X Fold3 Pro 2 milyon 70 bin 888
5 vivo X100 Pro 2 milyon 55 bin 987
6 iQOO 12 Pro 2 milyon 43 bin 315
7 iQOO Neo9 Pro 2 milyon 41 bin 988
8 OPPO Find X7 Ultra 2 milyon 25 bin 133
9 vivo X100 2 milyon 24 bin 672
10 OnePlus 12 2 milyon 16 bin 227