Blinken: “Səudiyyə Ərəbistanı ilə normallaşma Qəzzada atəşkəsdən asılıdır”

İsrailin “Kanal 13” televiziyası ölkəyə səfər edən ABŞ dövlət katibi Blinkenin Təl-Əvivdə siyasi liderlərlə görüşü ilə bağlı təfərrüatları paylaşıb.

İndex.az xəbər verir ki, Blinken görüş zamanı Qəzzada atəşkəs olmadan Səudiyyə Ərəbistanı ilə normallaşmanın baş verməyəcəyi barədə xəbərdarlıq edib.

Blinken İsrail rəsmilərinə normallaşma pəncərəsinin məhdud və ya qısa müddətli olduğunu bildirib:

“İsrail Səudiyyə Ərəbistanı ilə normallaşmaya nail olmaq istəyirsə, Qəzzada dərhal atəşkəs yaratmalıdır”.