Qaxda bal emalı müəssisəsi açıldı

Qaxda bal emalı müəssisəsi açıldı

img



Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən birgə reallaşdırılan “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində Qax rayonunun Ləkit kəndində bal emalı müəssisəsi istifadəyə verilib.

“İndex” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla əlaqədar qurumun tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil edilmiş tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, USAİD-in nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə SEDA layihəsi çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verilib, belə layihələrin bölgələrdə mikro və kiçik sahibkarlığın inkişafına töhfə verdiyi qeyd edilib, Ləkit kəndində bal emalı müəssisəsinin satışa çıxarılacaq yerli balın qablaşdırılmasında və saxlanmasında, ümumilikdə, arıçılığın inkişafında əhəmiyyəti vurğulanıb.

İndiyədək SEDA layihəsi çərçivəsində Azərbaycanın regionlarında yol tikintisi, su təminatı, tibb məntəqəsinin, inkubatorların, eləcə də balın qablaşdırılması, yem emalı, şirniyyat, meyvəqurutma müəssisəsinin yaradılması üzrə 163 layihə reallaşdırılıb.