Altı ildən sonra dünyada 56 nüvə reaktoru istifadəyə veriləcək

Ümumdünya Nüvə Assosiasiyasının (WNA) məlumatlarına görə, hazırda dünyanın 30-dan çox ölkəsində təxminən 440 nüvə reaktoru var.

İndex.az xəbər verir ki, sözügedən reaktorlar qlobal elektrik ehtiyacının 10%-ni ödəyir.

İlk kommersiya atom elektrik stansiyalarının işə salındığı 1950-ci illərdən bəri ümumilikdə 214 reaktor istismardan çıxarılıb.

Bu il Hindistan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərində 3 reaktor elektrik şəbəkəsinə qoşulub, Misir, Çin və Rusiyada isə 3 reaktorun tikintisinə başlanılıb. İlin əvvəlindən Rusiyada 1 reaktor bağlanıb.

Nüvə enerjisinə üstünlük verilməkdə davam edir, çünki o, ekoloji cəhətdən təmiz texnologiya hesab edilir və elektrik enerjisi istehsal gücünə görə digər enerji mənbələrini üstələyir.

Dünyada 2024-2030-cu illər arasında istifadəyə veriləcək 56 reaktorun ümumi quraşdırılmış gücü 62 min 300 meqavat olaraq hesablanır.