28 min dollarlıq sırğanı 28 dollara aldı

Meksika sakini Rohelio Villarrealın bəxti gətirib. Vebsaytdakı nasazlıq sayəsində o, iki cüt “Cartier” sırğasını cəmi 28 dollara ala bilib.

İndex.az bu barədə “Alarabiya News” nəşrinə istinadən xəbər verir.

Halbuki onların real qiyməti 28 000 dollar idi.

Lakin “Cartier” şirkəti alışı etibarlı hesab etməkdən imtina etdi və sifarişi ləğv edib. Sırğa əvəzinə onlar Villarreala pulun geri qaytarılmasını və üzrxahlıq olaraq bir şüşə şampan və dəri pasport qutusu təklif etdilər.

Lakin R. Vilyarreal şirkətin mövqeyi ilə razılaşmayaraq Meksikanın istehlakçıların hüquqlarının müdafiəsi agentliyinə müraciət edib. Agentlik onun tərəfini tutub və “Cartier” sırğaları aldığı qiymətə Vilyarreala göndərməyə məcbur olub.